Türkiyə-Naxçıvan sərhədi açılıb.
Heftelik.az xəbər verir ki, bu gündən etibarən “Dilucu” buraxılış məntəqəsi açılıb.
Türkiyənin Naxçıvandakı Baş Konsulluğu faktı APA-ya təsdiqləyib.
Konsulluğun nümayəndəsi Dursun Gül bildirib ki, Naxçıvan qeydiyyatında olan şəxslər ayda 2 dəfə olmaqla öz avtomobilləri ilə gömrüyü keçə bilərlər.
Qeyd edək ki, 1 iyul 2022-ci il tarixindən Dövlət Sərhəd Xidməti (DSX) Nazirlər Kabinetinin 2022-ci il iyunun 20-dəki 232 saylı qərarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədini bağlamışdı.