Türkiyədə vilayəti su basdı

22 Sentyabr 2022

Türkiyənin Osmaniyə vilayətində fırtına və leysan yağışları səbəbindən evləri, iş yerlərini və yeraltı keçidləri su basıb.

Heftelik.az xəbər verir ki, küçə və prospektlər su ilə dolduğu üçün sürücülər çətin anlar yaşayıb, bəzi nəqliyyat vasitələri yolda qalıb.

 Sel səbəbi ilə hərəkətin dayandırıldığı Dövlət Baxçalı yeraltı keçidinə daxil olan mikroavtobus buradan çıxa bilməyib.

Hadisə yerinə gələn xilasedicilər nəqliyyat vasitəsində olan şəxsləri avtomobildən xilas ediblər, mikroavtobus isə kəndir vasitəsilə sudan çıxarılıb.

42 Baxış
Top