Moskvada Allahşükür Paşazadə ilə Patriarx Kirill arasında görüş keçirilib

07 Dekabr 2022 19:12

Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni səmimi salamlayaraq şəxsi görüşlərin əhəmiyyətini vurğulayıb.

“Biz sizinlə mütəmadi görüşürük və düşünürəm ki, bu görüşləri davam etdirmək lazımdır. Belə görüşlər münasibətlərdə xeyirxah ab-hava yaradır, dövlətlərarası münasibətlərə, eyni zamanda, təəssüf ki, indiyədək həll olunmamış məsələlərin həllinə müsbət təsir göstərir. 30 ildən çoxdur belə format davam edir. Hesab edirəm ki, xüsusilə də münaqişələr zamanı biz vəziyyətə müsbət təsir göstərmək üçün səylərimizi artırmalıyıq ki, real nəticə əldə edək və vəziyyəti yaxşılığa doğru dəyişək", deyə Partiarx vurğulayıb.

30 Baxış
Top