Heydər Əliyev Sarayına direktor vəzifəsini icra edən məlum olub.
Mədəniyyət Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, nazir Anar Kərimovun əmri ilə direktorun birinci müavini Faiq Mirzəyev hazırda direktor vəzifəsini icra edir.
BUNA DA BAX: Bu məktəblərə direktor təyinatına start verilir
Qeyd edək ki, ötən həftə Heydər Əliyev adına Sarayın direktoru Ramil Qasımov əmək müqaviləsi müddətinin bitdiyi üçün işdən çıxarılıb.