Milli Məclisin deputatı Rüfət Quliyev seçicilərlə görüş keçirib

20 May 2022

Milli Məclisin deputatı Rüfət Quliyev 19.05.2022 tarixində Lənkəran şəhəri deputat ofisində seçicilərlə görüş keçirib.

Heftelik.az-ın məlumatına görə, iştirakçıların ümumi sayı 21 nəfər olub. Görüşdə şəhid ailələri və qazilər də iştirak edib.

Rüfət Quliyev çıxışı zamanı dövlətimizin sosial siyasətindən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan, icra edilən sosial layihələrin geniş miqyas almasından bəhs edib. Prezident İlham Əliyevin şəhid ailələrinə, qazilərə diqqət və qayğısından danışıb və onların qayğılarının həll olunması üçün icra edilən və gələcəkdə də davam etdiriləcək tədbirlərdən bəhs edib.

Görüş zamanı sakinlərin müraciətləri diqqətlə dinlənilib və qeydiyyata alınıb. Şəhid ailələrinin müəyyən məsələlər üzrə kollektiv təklifləri olub. Müraciətlərdən bir neçəsi yerindəcə həllini tapıb qalan müraciətlərin həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilib.

Seçicilər səmimi qəbula görə Milli Məclisin deputatı Rüfət Quliyevə minnətdarlıqlarını bildirib və müraciətlərinin qısa zamanda öz həllini tapacağına əminliklərini ifadə ediblər.

ruf 2

ruf 3

Top