Deputatlar “gizlicə” maaşlarını belə artırdılar –FANTASTİK MƏBLƏĞLƏR

22 İyun 2022

Bu gün Milli Məclisdə “Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişiklik birinci oxunuşda qəbul edilib

Heftelik.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, Milli Məclisin sədri, parlament sədrinin birinci müavini və müavinləri, komissiya sədrləri və onların müavinləri və deputatlarının maaşları artırılır.

BUNA DA BAX: Tağı Əhmədovdan sələmə 2 milyon manat alan barədə - QƏRAR 

Bəs birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, maaşlar necə artırılıb?

Layihəyə əsasən, Milli Məclis sədrinin maaşı 2475 manatdan 3550 manata qaldırılır.

sahiba

Qüvvədə olan qanuna əsasən, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alırlar. Beləliklə, Milli Məclis sədrinin maaşı artdığı üçün Milli Məclis sədrinin birinci müavini, müavini, komitə və komissiya sədrləri, komissiya sədrinin müavini və deputatların da aylıq vəzifə maaşları müvafiq qaydada artacaq.

Əgər indiyə qədər Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alıblarsa, dəyişikliyə əsasən, hər ay vəzifə maaşlarının iki  misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Layihəyə görə, deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün aylıq pul təminatı isə ləğv olunur. Hazırda Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Deputatlara nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə verilən müavinət də ləğv olunur. Qüvvədə olan qanuna əsasən, deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır.

Beləliklə, dəyişikliklərdən sonra Milli Məclis sədrinə aylıq ödəniş 10 050 manata, Milli Məclis sədrinin birinci müavininə aylıq ödəniş 9 585 manata, Milli Məclis sədrinin müavininə aylıq ödəniş 9 052 manata, Milli Məclisin komitə və komissiya sədrinə aylıq ödəniş 8 520 manata , Milli Məclisin komissiya sədrinin müavininə aylıq ödəniş 7987 manata çatacaq.

muavin

Nəhayət, Milli Məclisin deputatına aylıq ödənişi isə 7 455 manat olacaq.

Qeyd edək ki, bu gün Milli Məclisdə deputatların maaşlarının artımı barədə xəbər aparıcı KİV-lərdə yer almayıb, hətta bir sıra agentliklərdə parlamentin iclası barədə belə məlumat getməyib...

deputatlar

 

Top