“DSD” İB DƏNİZÇİLƏRİ TƏBRİK ETDİ

25 İyun 2022

Dənizçilərin fəaliyyətini həmişə işıqlandıran iki sayt – HƏFTƏLİK.AZ və MÜSTƏQİL.AZ saytları xüsusi diplomlarla təltif olunub

İyunun 25-i Beynəlxalq Dənizçilər Günüdür. Artıq bir neçə ildir ki, bu gün Azərbaycanda da peşə bayramı kimi qeyd olunur.
Elə bu münasibətlə də iyunun 24-də  “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi tədbir keçirib.

Heftelik.az-ın məlumatına görə, tədbir “DSD” İB-nin ofisində gerçəkləşdi.
Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri, gəmi kapitanı, şair Faiq Balabəyli açaraq tədbir iştirakçılarını salamladı. Birliyin ötən il üçün fəaliyyətindən, gerçəkləşdirdiyi layihələrdən bəhs edib.

Tədbir iştirakçıları, “DSD" İB-nin sədr müavinləri Hüseyn Sözlü, Fərrux Həmidli, Tural Balabəyli, veteran dənizçi İzafət Məmmədov, ADDA-nın baş müəllimi, uzaq səfərlər Kapitanı Ədalət Əzimov, ADDA-nın gəmi energetik qurğularının istismarı kafedrasının assistenti Nataşa Fatyanova,  Uzaq səfərlər kapitanı, I Qarabağ müharibəsinin qazisi, veteran döyüşçü Ramiz Hüseynov, ADDA-nın Təlim Tədris Mərkəzinin baş təlimatçısı Ərrahman Tağıyev, Ayşən Yunisli,  təqaüdçü kapitan Sulduz Məmmədov, gənc və peşəkar kapitan Zaur Novruzov, gəmi mexanniki Humay Məmmədov, elektrik mexaniki Səxavət Səfərov və digərləri tədbirdə çıxış edərək dənizçilik peşəsinin gərəkli bir sahə olmasından, dənizçi həyatının özünəməxsusluğundan bəhs ediblər.
Sonra “DSD” İB idarə heyətininn qərarı ilə bayram münasibəti ilə dənizçilər xüsusi diplomlarla təltif ediliblər.

Təltif edilənlər sırasında 44 günlük Vətən müharibəsinin iştirakçıları olan gənc dənizçi - dəyüşçülər Səfərli Toğrul Zəfər oğlu, Səfərli Cəfər və Baxışov Nəsib Vətən müharibəsi zamanı  ön cəbhədə göstərdikləri qəhrəmanlığa və xidmətlərə 25 iyun Beynəlxalq “Dənizçilər günü” görə  “Vətən naminə”, Gənc dənizçi nəslinin formalaşması və təlim-tərbiyəsində uzunmüddətli pedoqoji fəaliyyətlərinə görə ADDA-nın “Gəmi sürücülüyü və naviqasiya mühəndisliyu” kafedrasının  müdiri Həzi Nəbiyev, ADDA-nın Gəmi energetik qurğuları kafedrasının assistenti Nataliya Fatyanova, TTM-nin əməkdaşları Ayşən Yunisli, Ərrahman Tağıyev, Faiq Kuryikov və  Rüstəm Cəliloğlu 25 iyun Beynəlxalq “Dənizçilər günü” münasibəti ilə  “Stimul”, Uzun müddətli şərəfli dənizçi həyatına və səmərəli  fəaliyyətlərinə görə Uzaq səfərlər kapitanları Ramiz Hüseynov, Ədalət Əzimov, Sulduz Məmmədov, Sübhan Zəkəriyev və Süleyman Əhmədov  25 iyun “Beynəlxalq Dənizçilər günü” münasibəti ilə “Dəniz Fatehi” , Vətən müharibəsi zamanı orduya göstərdiklıri mənəvi – maddi yardıma görə  kapitanlar Sakit Əliyev və Ramiz Hüseynov 25 iyun Beynəlxalq “Dənizçilər günü” münasibəti ilə “Ordunun dostu”, Ağır və şərəfli dənizçi həyatını əks etdirən dolğun əsərlərinə görə  25 iyun Beynəlxalq “Dənizçilər günü” münasibəti ilə  dənizçi şairlər Fərhad Dəniz və Bəhram Şəms isə “ Neptun” diplomları ilə təltif ediliblər.

Ağır və şərəfli dənizçi həyatını əks etdirən məqalə və xəbərləri vaxtaşırı işıqlandırdığına görə 25 iyun “Beynəlxalq Dənizçilır Günü” münasibəti ilə  iki sayt – HƏFTƏLİK.AZ və MÜSTƏQİL.AZ saytları xüsusi olaraq “Neptun”  diplomları ilə təltif olunub.

dip 2

dip 3

dip 4

dip 5

dip 6

DIPLOM

65 Baxış
Top