Yevlaxda 26 - İyun Silahlı Qüvvələr Günü münasibətilə rayon ərazisindəki hərbi hissələrdə tədbirlər keçirilib

26 İyun 2022

Yevlax Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonda 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə silsilə tədbirlər keçirilib.

Heftelik.az-ın məlumatına görə, silsilə tədbirlər çərçivəsində Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları  rayon ərazisində dislokasiya olunmuş hərbi hissələrdə olublar. Hərbi hissələrdə keçirilən tədbirlərdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, YAP Yevlax rayon Təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun, Gənclər İdman İdarəsinin, Yevlax Gənclər evi Sosial Xidmət Müəssisəsinin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və hərbi hissələrin əsgər və zabit heyəti iştirak ediblər.

Tədbirlərdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbçilər Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edilib, onlara şərəfli işlərində uğurlar arzulanıb, əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycanın Milli Ordusunun keçdiyi inkişaf yolundan, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunun daha da möhkəmləndirilməsindən, 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı zəfərdən, döyüşlərdə hərbçilərimizin göstərdiyi şücaətlərdən danışılıb.

Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları zabit və əsgərlər qarşısında vətənpərvərlik mövzusunda şerlərdən, mahnılardan, rəqslərdən ibarət  konsert proqramı nümayiş etdiriblər.

Xidmətdə fərqlənən hərbçilər Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.

s 2

s 3

s 4

 s 5

s 6

s 7

s 8

66 Baxış
Top