Bazarlıq üçün bu qədər xərcləmişik

07 Dekabr 2022 17:12

Bu il yanvar-oktyabr aylarında Azərbaycanda vətəndaşların ərzaq məhsulları, içkilər və tütün məmulatları və qeyri-ərzaq mallarına nə qədər vəsait xərclədiyi məlum olub.

Heftelik.az-ın məlumatına görə, rəsmi statistikaya əsasən, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 401,5 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 57,7 manat çox olub.

 Qeyd edək ki, ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 225,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 175,9 manatlıq qeyri-ərzaq malları alıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

25 Baxış
Top