Bu Fondun gəlirlərinin proqnozlaşdırılandan az olmasının SƏBƏBİ

07 Dekabr 2022 17:12

Cari ilin 9 ayı üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirlərinin 72,0%, xərclərinin 57,0% icra olunması, həmçinin müvafiq tarixə xam neftin xalis mədaxil qiymətinin (100,8 ABŞ dolları) ilkin proqnozlaşdırılan (70,0 ABŞ dolları) məbləğdən 30,8 ABŞ dolları yuxarı olması, Fondun aktivlərinin cari ilin əvvəli ilə müqayisədə (45 025,0 mln. ABŞ dolları) 361,0 mln. ABŞ dolları və ya 0,8% artaraq 45 386,0 mln. ABŞ dollarına (2 461,8 mln. ABŞ dolları büdcədənkənar xərclər nəzərə alınmaqla) çatmasına şərait yaradıb.

Heftelik.az-ın məlumatına görə,  bu, Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, Fondun gəlir və xərclərinin 9 aylıq icrası, xam neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulan proqnoz qiymətləri ilə müqayisədə artıq, həmçinin Fondun əsas gəlir mənbəyi hesab edilən mənfəət neftinin və qazın satışından daxilolmaların 4 192,4 mln. manat və ya 28,0% artıq olmasına baxmayaraq, daxilolmalar üzrə Fondun vəsaitinin idarə edilməsindən 4 843,9 mln. manat məbləğində zərərin yaranması ehtimalı, ilin sonuna Fondun gəlirlərinin təsdiq edilmiş göstəricidən 660,5 mln. manat və ya 4,2% az icra edilməsi gözləntisini yaradır.

32 Baxış
Top