Səhm bazarlarına neqativ təsir göstərən 4 AMİL

07 Dekabr 2022 18:12

Son onilliklərin ən yüksək inflyasiya göstəriciləri, mərkəzi bankların sərt pul siyasəti, Rusiya-Ukrayna münaqişəsi, Covid-19 virusunun yenidən yayılma təhlükəsi, qlobal iqtisadiyyatın artım sürətinin aşağı düşməsi səhm bazarlarına da öz neqativ təsirlərini göstərib.

Heftelik.az-ın məlumatına görə,  bu, Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə rəyində əksini tapıb.

Belə ki, Dövlət Neft Fondunun səhm alt portfelində cari ilin 9 ayında -17,0% gəlirlilik müşahidə edilmiş, növbəti ildə isə nisbətən nikbin proqnozlar gözlənilməklə təqribən bu portfel üzrə gəlirliliyin 3-4% ətrafında olması gözlənilməkdədir. Eyni zamanda qeyd etmək istərdik ki, cari ildə investisiya portfelinin tərkibində xüsusi çəkisi 0,2% olan "VTB" şirkətinin səhmləri üzrə gəlirlilik -69,0% olub. 2022-ci ilin 30 sentyabr tarixinə Fondun səhm alt portfeli təxminən 8 500,3 mln. ABŞ dolları təşkil edib. Bu alt portfelə “MSCI World” və “MSCI Europe ex UK” indekslərinə daxil olan şirkətlərin səhmlərinə, eləcə də Rusiya Federasiyasının aparıcı banklarından biri olan VTB bankının səhmlərinə, habelə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən idarə olunan “ALAC” (Afrika, Latın Amerikası, Karib hövzəsi ölkələri), “Katalist” və “Global İnfrastruktur” özəl səhm fondlarına, eləcə də fərqli mandat üzrə “Neuberger Berman” şirkətinin idarəetməsində olan özəl səhm fonduna, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən idarə olunan “EPF”, “Blackstone” şirkəti tərəfindən idarə olunan “Blackstone Core Equity Partners”, “Fondo Strategico Italiano” tərəfindən idarə olunan “FSI Fund I”, “BC Partners” şirkəti tərəfindən idarə olunan “BC European Capital Partners X” və “BC European Capital Partners XI” , “Carlyle Group” şirkəti tərəfindən idarə olunan “Carlyle Europe V”, “Carlyle Partners VII” və “Carlyle Europe Technology Partners V”, “Vista Equity Partners” şirkəti tərəfindən idarə olunan “Vista Equity Partners VII” və “Vista Equity Partners VIII”, “Thoma Bravo” şirkəti tərəfindən idarə olunan “Thoma Bravo Fund XIII”, “Thoma Bravo Fund XV” və “Thoma Bravo Fund Explorer”, “Apollo Global Management” şirkəti tərəfindən idarə olunan “Apollo Fund IX” və “Apollo Fund X”, “Warburg Pincus LLC” şirkəti tərəfindən idarə olunan “Warburg Pincus Global Growth Fund”, “Baring” şirkəti tərəfindən idarə olunan “Baring Private Equity Asia Fund VII” və “Baring Private Equity Asia Fund VIII”, “PAG” şirkəti tərəfindən idarə olunan “PAG Asia Capital III”, “Neuberger Berman” şirkətinin idarəetməsində olan “Dyal Capital Partners IV” və “Dyal Capital Partners V”, “Cinven” şirkətinin idarəetməsində olan “Cinven Fund VII” və “Cinven Fund VIII”, “Leonard Green & Partners (LGP)” şirkəti tərəfindən idarə olunan “Green Equity Investors VIII (GEI VIII)” və “Green Equity Investors VIII (GEI VIII)”, “Brookfield” şirkəti tərəfindən idarə olunan “Brookfield Infrastructure Fund IV” və “Brookfield Infrastructure Fund V”, “ARES Management” şirkəti tərəfindən idarə olunan “Ares Corporate Opportunities Fund VI”, “CVC Capital Partners” tərəfindən idarə olunan “CVC Capital Partners VIII”, “KKR & Co. Inc” tərəfindən idarə edilən “KKR Asia IV” və “KKR North America XIII”, “Vitruvian Partners” tərəfindən idarə olunan “Vitruvian Investment Partnership IV”, “Fransisco Partners” tərəfindən idarə olunan “Fransisco Partners VII” fondlarına və “Azerbaijan Rigs” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan investisiyalar daxil olmuşdur. Qeyd edilənlərlə yanaşı Fondun “Ares Management”, “BC Partners”, “KKR & Co. Inc”, “Apollo Global Management”, “Vista Equity Partners” və “Cinven” şirkətləri ilə birlikdə 7 müştərək investisiyası da portfelə daxil edilib.

2022-ci ilin 9 ayı ərzində səhm portfelinin gəlirlilik göstəricisi -17,0% təşkil edib.

38 Baxış
Top