Nazirlər Kabinetinə yollara dair TAPŞIRIQ

08 Dekabr 2022 09:12

Gələn il də iri şəhərlərdə yol hərəkətinin təşkili ilə əlaqədar işlərin koordinasiyası məqsədilə təkliflər hazırlanacaq.

Gələn il də Azərbaycanda ödənişli avtomagistralların tikintisi stimullaşdırılacaq.

Heftelik.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb. 

Tədbirlər Planına əsasən, Nazirlər Kabineti 2023-cü ildə də Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Bakı şəhərində və ölkənin digər iri şəhərlərində yol hərəkətinin təşkili, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi ilə əlaqədar işlərin koordinasiyası məqsədilə təkliflər hazırlanmasını təmin etməlidir.

45 Baxış
Top