Verməyək 300 manat, verək 500 manat – Vahid Əhmədov

08 Dekabr 2022 09:12

“Mən nə dövlət büdcəsində, nə də Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunda qalıq məsələsini başa düşmürəm”. 

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, qalığı saxlamağın heç vaxt tərəfdarı olmayıb: “Qalıq planlaşdırma düz getməyəndə yaranır. İstənilən məbləği götürürlər, sonra deyirlər biz yaxşı işlədik, qalıq qaldı. İctimai işlərlə məşğul olanlara 300 manat vəsait verilir. Qalıq qalıbsa, bu vəsaiti onda çox verək. Verməyək 300 manat, verək 500 manat. Heç olmasa o insanlar aylıq tələbatı ödəyə bilsinlər”.

21 Baxış
Top