Azad edilmiş ərazilərdə Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyət məntəqələri yaradılacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, Dövlət Təhlükəsizliyi Xidməti müvafiq sahədə təkliflərin hazırlanmasını və 2022-2025-ci illərdə müvafiq təkliflərin icrası hesabına məntəqələrin fəaliyyət göstərməsini təmin etməlidir.