Azad olunmuş ərazilərdə xüsusi qaynar xətt yaradılacaq

08 Dekabr 2022 10:12

Azad olunmuş ərazilərdə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt yaradılacaq və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarının əməkdaşları peşəkar təlimlərə cəlb olunacaq.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2022-2025-ci illərdə qaynar xətt xidmətinin təşkili və 40 təlimin keçirilməsini, 2026-cı ildə qaynar xətt xidmətinin fəaliyyətinin təmin olunmasını və ümumilikdə 50 təlimin keçirilməsini təmin etməlidir.

32 Baxış
Top