Bu anbar azad olunmuş ərazilərdə 12 min ha torpaq sahəsini suvarmağa imkan verəcək

08 Dekabr 2022 11:12

Tikiləcək Bərgüşadçay su anbarının azad edilmiş ərazilər üçün əhəmiyyəti məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə 2022-2025-ci illər ərzində  Qubadlı rayonu ərazisində Bərgüşadçay su anbarının və ondan ayrılan magistral suvarma kanalının layihə sənədləri əsasında tikintisi işlərinin aparılmasını, Qubadlı rayonu ərazisində təqribən 12 min ha yeni torpaq sahəsinin suvarılması və Qız qalası hidroqovşağından çıxan kanalın qidalandırılmasını təmin etməlidir.

42 Baxış
Top