Bu terminalın seyf hissəsinə yüklənən nağd pulun limiti müəyyən edilməlidir

24 Yanvar 2023 13:01

Kredit təşkilatı tərəfindən hər bir ödəniş terminalı üçün onun mühafizə olunma səviyyəsindən və fasiləsiz işinin təmin edilməsi zərurətindən asılı olaraq terminalın seyf hissəsinə yüklənən nağd pulun limiti müəyyən edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi “Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, ödəniş terminallarının nağd pulla yüklənməsi və (və ya) boşaldılması bu Qaydaya və kredit təşkilatlarının daxili qaydalarına əsasən həyata keçirilir.

17 Baxış
Top