Bu halda daimi və müvəqqəti tikişlər belə olmalıdır - 30 m şərti də var

24 Yanvar 2023 15:01

Hidrotexniki qurğularda daimi və müvəqqəti tikişlərə dair tələblər müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Hidrotexniki qurğuların beton və dəmir-beton konstruksiyaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Monolit beton və dəmir-beton konstruksiyalarda çatların əmələ gəlməsini və ya onlarda çatların açılışını məhdudlaşdırmaq üçün daimi temperatur-yığılma və çökmə, həmçinin müvəqqəti tikinti tikişlərini nəzərdə tutmaq lazımdır. Daimi tikişlər qurğu hissələrinin qarşılıqlı yerdəyişmələrinin mümkünlüyünü həm tikinti prosesində, həm də istismar müddətində təmin etməlidir. Müvəqqəti tikinti tikişləri aşağıdakıları təmin etməlidir:

-     qurğunun tikilmə prosesində betonda temperatur-yığılmadan gərginliklərin azaldılmasını;

-     tikinti müddətində qurğu hissələrinin qeyri-bərabər çökməsindən yaranan qüvvələrin azaldılmasını;

-     qurğunun tikilməsində işlərin tələb olunan intensivliyinin təmin olunmasını;

-     armaturlu konstruksiyaların, qəliblərin, yığma elementlərin və s. eynitipliliyini.

Qurğularda daimi tikişlər, böyük temperatur dəyişikliyi rəqslərinə məruz qalan, boşluqlu və ya səth üzrə kəsilmələr şəklində yerinə yetirilməlidir.

Daimi və müvəqqəti tikişlər arasında məsafə iqlim və geoloji şərtlərdən, qurğunun konstruktiv xüsusiyyətlərindən, istehsalat işlərinin ardıcıllığından və s. asılı təyin olunurlar.

Qaya əsaslar üzərində beton qurğularda daimi tikişlər arasındakı məsafə 30 m-dən çox olmamalıdır.

Yığma-monolit konstruksiyalar üçün konstruksiyaları monolitləşdirdikdə kontakt sahələri üzrə etibarlı birləşməni təmin edən tədbirlər görülməlidir. Temperatur-yığılma gərginliklərini, həmçinin qrunt əsasın qeyri-bərabər çökməsinin təsirini azaltmaq üçün temperatur və çökmələr stabilləşdikdən sonra betonla doldurulan (bitirilən bloklar) müvəqqəti genişlənən tikişlərin qurulmasına yol verilir.

19 Baxış
Top