Bina və qurğularda bunlar mütləq nəzərə alınmalıdır

24 Yanvar 2023 16:01

Alüminium konstruksiyaları üçün ərintinin markası və yarımfabrikatların buraxılma vəziyyətinin seçilməsinin hansı qaydada ola biləcəyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Alüminium konstruksiyalar. Layihələndirmə normaları”nda əksini tapıb.

Sənədə əsasən, alüminium konstruksiyaları üçün ərintinin markası və yarımfabrikatların buraxılma vəziyyətinin seçilməsi aşağıdakılardan asılı olaraq aparılmalıdır:

-     yükün xarakterindən və intensivliyindən, konstruksiya elementlərinin gərginlik vəziyyətindən, hesablama temperaturlarından və alüminiumun tələb olunan mexaniki xassələrindən;

-     korroziyaya dayanıqlılığından;

-     yarımfabrikatların hazırlanma texnologiyasından;

-     konstruksiyanın quraşdırılma və hazırlanma texnologiyalarından;

-     memarlıq tələblərindən.

Qeyd edək ki, “Alüminium konstruksiyalar. Layihələndirmə normaları” bina və qurğuların inşaat alüminium konstruksiyalarının (alüminium ərintiləri və alüminiumdan konstruksiyalar) layihələndirmə qaydalarını müəyyənləşdirir.

23 Baxış
Top