Yerin təkinin geoloji öyrənilməsi bu Fonda tapşırıldı

24 Yanvar 2023 16:01

Yerin təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlərin dövlət uçotu və dövlət qeydiyyatını həyata keçirmək Dövlət Geoloji İnformasiya Fondunun vəzifələri sırasına daxil edilib.

Heftelik.az-ın məlumatına görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Geoloji İnformasiya Fondunun Əsasnaməsi”ndə əksini tapıb.

Qeyd edək ki, Dövlət Geoloji İnformasiya Fondu Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub bölməsində mineral-xammal ehtiyatlarının vəziyyətinin qiymətləndirilməsi və ondan səmərəli istifadənin uçotunun təşkili, yer təkinin planauyğun və kompleks şəkildə geoloji cəhətdən öyrənilməsinə dair informasiyanın vahid sistem üzrə toplanması, sistemləşdirilməsi, saxlanması və istifadəsi məqsədilə yaradılıb.

17 Baxış
Top