Dövlət Geoloji İnformasiya Fondu bunu etməlidir

24 Yanvar 2023 17:01

Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək Dövlət Geoloji İnformasiya Fondunun vəzifələri sırasına daxil edilib.

Heftelik.az-ın məlumatına görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Geoloji İnformasiya Fondunun Əsasnaməsi”ndə əksini tapıb.

Qeyd edək ki, Dövlət Geoloji İnformasiya Fondu Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub bölməsində mineral-xammal ehtiyatlarının vəziyyətinin qiymətləndirilməsi və ondan səmərəli istifadənin uçotunun təşkili, yer təkinin planauyğun və kompleks şəkildə geoloji cəhətdən öyrənilməsinə dair informasiyanın vahid sistem üzrə toplanması, sistemləşdirilməsi, saxlanması və istifadəsi məqsədilə yaradılıb.

19 Baxış
Top