Siyasi partiyaların Ədliyyə Nazirliyi qarşısında yeni öhdəliyi müəyyənləşir.
Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında əksini tapıb.
“Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim etməlidir. Fərmana əsasən, bu qurum Ədliyyə Nazirliyi müəyyənləşdirilib.