Bir məktubu tapıb cavablandıra bilmirlər, başlarını itiriblər - Rüfət Quliyev

24 Yanvar 2023 13:01

“Azərsu” ASC-yə 3 ay bundan öncə məktub yazmışam ki, insanlar var ki, ana su xətti evlərindən 200 metr uzaqdan keçir, deyirlər fərdi qaydada pul ödəyirik, su çəksinlər”.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Rüfət Quliyev bildirib.

BUNA DA BAX: Çatışmayan dərmanları almaq üçün dövlət qurumu yaradılsın - Deputat

“Bir ildir çalışıram, bunu edə bilmirəm. İstərdim ki, “Azərsu” ASC-nin rəhbəri desin ki, bu, niyə mümkün deyil? Bunu havayı istəmirik ki? İkinci məsələ budur ki, necə olur Milli Məclisin deputatının məktubuna 3 ay cavab verməsinlər? Bu gün mənim köməkçim zəng edib deyir ki, “Rüfət müəllim, sizin məktubu itiriblər, məktubu tapa bilmirlər”. Bunlar başını itiriblər! Bir məktubu tapıb cavablandıra bilmirlər. “Azərsu” ASC konkret cavab versin ki, bacarmırıq, ya da texniki imkan yoxdur”, - deyə Rüfət Quliyev bildirib.

29 Baxış
Top