Yay və qış otlaqları istifadəyə və icarəyə yeni qaydada icazə  veriləcək

01 Fevral 2023 15:02

Yay və qış otlaqları istifadəyə və icarəyə yeni qaydada icazə veriləcək.

Heftelik.az-ın məlumatına görə, bu Torpaq Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Bu vaxta qədər yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilib. Dəyişikliyə əsasən, yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə veriləcək.

Başqa sözlə, kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əlaqədar prosesin “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.

39 Baxış
Top