Savadsız yazılan təsdiq olunmalı olan sənəd zamanı konsulun TƏLƏBİ  

01 Fevral 2023 16:02

Əgər təsdiq olunmalı olan sənəd düzgün ifadə edilməmiş və ya savadsız yazılmışsa, konsul müraciət etmiş şəxsə onu düzəltməyi və ya yenisini tərtib etməyi təklif etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Xarici İşlər Nazirliyinin təsdiqlədiyi “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Təlimata əsasən, müraciət etmiş şəxsin xahişinə əsasən konsul sənədin tərtib olunmasına köməklik göstərir. Təsdiq edilən və ya verilən sənədlər bir neçə ayrı-ayrı vərəqdə ifadə olunduqda həmin vərəqlər nömrələnməli və qaytanlanmalı, bu barədə müvafiq qeyd yazılmalı, həmin qeyd konsulun imzası və gerbli möhürü ilə təsdiq edilməlidir. Məsələn: “beş vərəq nömrələnmiş və qaytanlanmışdır. Konsulun imzası və gerbli möhürü”.

32 Baxış
Top