Azərbaycanda son 4 ildə bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 60 faizdən çox artıb.
Heftelik.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin 2018-ci il və 2022-ci il üzrə rəsmi statistikalarının müqayisəli təhlilində üzə çıxır.
Beləliklə, 2018-ci il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12564,2 milyon manat, 2022-ci ilin dekabr ayının 1-nə isə 20218,7 milyon manat təşkil edib. Başqa sözlə, 2018-ci illə müqayisədə 2022-ci ildə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 7 654,5 milyon manat, yaxud 60,9 faiz artıb.