Azərbaycanda kartof istehsalı 19,5 faiz artıb

01 Fevral 2023 17:02

Son 4 ildə Azərbaycanda kartof istehsalı 19,5 faiz artıb.

Heftelik.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin 2018-ci il və 2022-ci il üzrə rəsmi statistikalarının müqayisəli təhlilində üzə çıxır. 

Beləliklə, əgər 2018-ci ildə sahələrdən 898,9 min ton  kartof yığılıbsa, 2022-ci ildə 175,4 min ton çox, yəni  1074,3 min ton kartof yığılıb. Bu da 2018-ci illə müqayisədə 19,5 faiz çoxdur.

45 Baxış
Top