Azərbaycanda son 4 ildə günəbaxan istehsalı 21% artıb

01 Fevral 2023 18:02

Azərbaycanda son 4 ildə günəbaxan istehsalı 21% artıb.

Heftelik.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin 2018-ci il və 2022-ci il üzrə rəsmi statistikalarının müqayisəli təhlilində üzə çıxır. 

Beləliklə, əgər 2018-ci ildə sahələrdən 24,3 min ton günəbaxan yığılıbsa, 2022-ci ildə bu göstərici 29,4 min tona çatıb. Başqa sözlə, son 4 ildə ölkədə günəbaxan istehsalı 5,1 min ton, yaxud 21% artıb.

28 Baxış
Top