Bu halda cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir

17 Mart 2023 12:03

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs barəsində icra müddətinin tətbiq olunması məsələsini məhkəmə həll edir.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən,

Məhkəmə icra müddətini tətbiq etməyi mümkün saymadıqda, həmin cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir.

Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.

 

22 Baxış
Top