Yetkinlik yaşına çatmayanlar bu halda  şərti olaraq vaxtından əvvəl cəzadan azad edilə bilər

17 Mart 2023 13:03

Yetkinlik yaşına çatmayanların hansı hallarda şərti olaraq vaxtından əvvəl cəzadan azad edilə biləcəyi açıqılanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, islah işlərinə, azadlığın məhdudlaşdırılmasına və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar:

- böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;

- ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;

- xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra tətbiq edilə bilər.

23 Baxış
Top