Məcburi ambulatoriya müşahidəsi altında olma və psixiatr tərəfindən müalicə edilməyə dair şərt açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi Cinayət Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar (psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi) olduqda təyin edilir.