İnzibati xəta haqqında iş üzrə qərarda bunlar göstərilir

17 Mart 2023 17:03

İnzibati xəta haqqında iş üzrə qərarda nələrin göstərildiyi məlum olub.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir:

- qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;

- işin baxılması tarixi və yeri;

- işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi;

- işə baxılarkən müəyyən edilmiş hallar;

- inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü;

- inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd;

- iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi;

- qərardan şikayət verilməsi müddəti və qaydası.

26 Baxış
Top