Baş nazirin müavinindən quru sərhədlərinin açılması məsələsinə MÜNASİBƏT

17 Mart 2023 14:03

Baş nazirin müavini Şahin Mustafayev quru sərhədlərinin açılması məsələsinə münasibət bildirib.

Heftelik.az-ın məlumatına görə, Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib ki, Operativ Qərargah tərəfindən mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul olunur.

Baş nazirin müavini bu məsələ ilə bağlı dəqiq vaxt deyə bilməyəcəyini qeyd edib.

Şahin Mustafayevin sözlərinə görə, vəziyyətə uyğun müvafiq qərar qəbul olunacaq.

36 Baxış
Top