Bəzi küçə adlarının nəyi ifadə etdiyi bilinmir - Qənirə Paşayeva

17 Mart 2023 16:03

"Təəssüf ki, bir sıra şəhidlərimizin adları hələ də əbədiləşdirilməyib. Bəzi küçə adları var ki, nəyi ifadə edir, bilinmir".

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

“Məsələn, bir şəhidimizin ailəsi müraciət edirdi, şəhidimizin Binəqədidə yaşadığı küçənin adı “İzvidnoy” adlanır. Bu “İzvidnoy” nə deməkdir heç kim başa düşmür. Binəqədi rayonunda “İkinci Dəmir yolu”, “Üçüncü Dəmir yolu”, Yasamalda “Yeddinci sallaqxana” və s. adlarla küçələr var. Bunlar nə məna ifadə edir, bilinmir. Biz istəyirik ki, bütün şəhidlərimizin adı əbədiləşsin”.

37 Baxış
Top