Depressiyanın müalicəsində probiotiklər təyin ediləcək - YENİLİK

22 İyun 2022

İnsanın psixi vəziyyəti, əhval-ruhiyyəsi ilə bağırsaq bakteriyaları arasında əlaqə tapılıb.

Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, İsveçrənin Bazel universitetinin psixiatriya şöbəsinin mütəxəssisləri depressiya xəstələrinin müalicəsinə yeni əlavələr irəli sürüb.

BUNA DA BAX: Əhali meymunçiçəyinə qarşı peyvənd olunacaq? – Azərbaycana test gəlir

Onlar faydalı bakteriyalarla zəngin bioəlavələrin təyininin xəstələrin vəziyyətini yaxşılaşdırdığını bildirir.

Kiçik klinik eksperimentdə 47 depressiv xəstə üzərində probiotiklərin təsiri yoxlanılıb. Onlar antidepressantlarla yanaşı bir ay lakto və bifidobakteriyalar da qəbul ediblər.

Nəticələr göstərib ki, probiotik qəbul edən qrupda pasiyentlərin psixi vəziyyəti etməyənlərə nisbətən xeyli düzəlib.

Probiotik qəbul edən qrupun bağırsaq mikroflorasında pozitiv dəyişikliklər baş verib.

Bağırsaqlarda süd turşusu bakteriyaları nə qədər çox olarsa, psixi vəziyyət bir o qədər sürətlə dəyişir.

Alimlər depressiya xəstələrinə standart müalicə ilə yanaşı probiotiklər əlavə etməyi də tövsiyə edir.

Top