Moruq qaraciyərə zərərlidir?

05 Avqust 2022
Çox faydalı hesab olunan moruğun orqanizmə zərəri tapılıb.
Heftelik.az-ın Bakıpost.az-a istinadən verdiyi məlumata görə, dietoloq həkim Anton Polyakov populyar giləmeyvənin qaraciyərdə ciddi problıem tətikləyə biləcəyini açıqlayıb.
"Həddən artıq çox moruq yemək, moruqlu çay orqanizmdə fruktozanın miqdarını artırır, bu isə qaraciyərin funksiyasına mənfi təsir edir.
Əgər orqanizm mütəmadi fruktoza hücumuna məruz qalırsa, bu orqanizmin toksiki yükünü artırır və bu da detoksikasiyanı tələb edir.
Moruqdan podaqrası və mədə-bağırsaq xəstəlikləri olanlar da imtina etməlidir. Xüsusən 5 yaşa qədər uşaqların qaraciyəri moruğa hazır deyil.
 
 
Digər hallarda moruq immuniteti gücləndirir, virus, infeksion xəstəliklərə qarşıdır".
25 Baxış
Top