Nazirdən pandemiyanın sonu barədə BƏYANAT

22 Sentyabr 2022

“Azərbaycanda yetərincə vaksin var. Bu günə qədər peyvənd vurdurmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram”.

Heftelik.az-ın məlumatına görə,  bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.

BUNA DA  BAX: Şirin içkilər bu xəstəliyi yaradırmış

Nazir Azərbaycanda pandemiya ilə bağlı vəziyyəti də açıqlayıb: “Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonuna yaxınlaşması ilə bağlı işıq görüldüyünü bildirib. Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm”.

33 Baxış
Top