İnsulinin məşq zamanı azalması ömrü uzada bilər

01 Fevral 2023 14:02

Yuliusa-Maksimiliana Universitetinin Bioloji Mərkəzinin alimləri müntəzəm məşqin insulin istehsalını azaltdığını və bunun  da ömrün uzanmasında potensial rol oynadığını bildiriblər.

Heftelik.az-ın xəbərinə görə, bu barədə tədqiqatın nəticələri “Current Biology” jurnalında dərc olunub.

İnsulin mədəaltı vəzinin istehsal etdiyi hormondur, qanda şəkərin miqdarını tənzimləyir. Mlçəklərdə isə insulin mədəaltı vəzi tərəfindən deyil, beyindəki sinir hüceyrələri tərəfindən istehsal olunur. Alimlər müəyyənləşdiriblər ki, milçək nə zaman daha aktiv olursa, insulin istehsal edən hüceyrələrin aktivliyi azalır. Milçək hərəkəti dayandırdıqda isə insulin istehsal edən hüceyrələr aktivləşir və istehsal olunan insulinin həcmi artır. Alimlər hesab edirlər ki, insulin istehsal edən hüceyrələrin aktivliyi əzələlərdə enerji ehtiyatının bərpasına kömək edir.

Beləliklə, tədqiqata əsasən,  fiziki aktivlik insulini tənzimləməkdə uzunömürlülüyü şərtləndirə bilər.

45 Baxış
Top