Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.
BUNA DA BAX: "Bir qıraqda öləcəm...”
"Bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir və hazırda onun yanındayam.
KTM rəhbərliyinə də bu barədə məlumat vermişəm, onun vəziyyəti tam nəzarətimizdədir" - E.Hidayətoğlu əlavə edib.