Külək, duman - PROQNOZ

02 Oktyabr 2022 13:10

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

BUNA DA BAX: Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxıldı

Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 3-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 29-34° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

24 Baxış
Top