Alimpaşa Məmmədov 10 milyonluq iki şirkəti oğluna 220 manata satıb

24 Noyabr 2022 13:11

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Həftəlik.az -ın əldə etdiyi xəbərə görə, keçmiş icra başçısı müxtəlif vaxtlarda çoxsaylı şəxslərdən külli miqdarda rüşvət alıb, mənimsəmə və israfetməyə yol verib və əldə etdiyi pulları təkrar leqallaşdırıb.

BUNA DA BAX: Alimpaşa Məmmədov dövlət belə ziyan vurub - Milyonlarla...

İttihamda ən maraqlı məqamlardan biri isə Alimpaşa Məmmədovun milyonlarla qiyməti olan iki MMC-ni oğluna  demək olar ki pulsuz satıb.

Belə ki, sabiq başçı Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satıb.

Ümumilikdə Alimpaşa Məmmədovun əməllərinə görə, dövlətə 7 milyona yaxın ziyan dəyib. Onun 10 milyonluq əmlakına isə həbs qoyulub.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

54 Baxış
Top