Kanadalı 33 yaşlı Amanda But müştərilərin bədən mayesindən bəzək əşyaları hazırlayır.
Heftelik.az-ın” Mirror”-a istinadən verdiyi məlumata görə, Amanda But bunun sayəsindən il ərzində 400 min dollara qədər qazanır.
Amanda But əvvəlcə övladı vəfat etmiş rəfiqəsinin südündən bəzək əşyaları düzəldib.
Amanda But deyib ki, onun hazırladığı mallar hazırda bütün dünyada satılır. Onun sözlərinə görə, əvvəllər zərgərlik onun üçün hobbi olub, hazırda isə biznesdir. Sifarişlərin həcmi o qədər böyükdür ki, artıq kanadalı xanım sifarişləri tək yerinə yetirə bilmir. Ona görə də həyat yoldaşı işdən çıxıb və Amanda Butun müştəriləri ilə işləməyə başlayıb.
Amanda But bildirib ki, onun düzəltdiyi bəzək əşyaları öz tərəfdaşlarını təəccübləndirmək istəyənlər üçün idealdır və onlar bir-birlərinə daha yaxın olurlar. Amanda But sifarişlərini yerinə yetirməklə depressiyadan da uzaqlaşıb.