Fövqəladə hallar nəticəsində zərər çəkən insanlara dəstək üçün büdcə formalaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bunu deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, deputatı olduğu ərazidə qaz sızması nəticəsində partlayış baş verdi, 6 mənzilə zərər dəydi, bir nəfər həyatını itirdi və bir neçə nəfər yaralandı.
“Bunlara dəyən zərəri kim ödəyəcək. Deyirlər sığorta olunmalı idi. Həmin mənzillərin biri sığorta olunmuşdu, lakin 46 kv metr olan mənzilə sığorta 7 min manat təklif edib. Bu məbləğ o evin təmirinə kifayət edəcəkmi?
Nə icra hakimiyyətində, nə də dövlət büdcəsində bu cür məsələlər üçün vəsait nəzərdə tutulmayıb. Hesab edirəm ki, bu məsələ ilə bağlı müzakirələr aparıb, həlli yolları tapılmalıdır”.