Vikinqlər Britaniyaya Skandinaviyadan itlərini və atlarını gətiriblər

01 Fevral 2023 23:02

Darem Universiteti və  Brüssel Azad Universitetinin alimləri vikinqlərin Britaniyaya itləri və atları ilə gəldiklərinə dair ilk sübutu tapdıqlarını bildiriblər.

Heftelik.az-ın xəbərinə görə, tədqiqatın nəticələri “PLOS ONE” jurnalında dərc olunub.

Arxeoloqlar qədim vikinqlərə aid olan Hit Vud məzarındakı  qəbirdə insan cənazələrini və heyvan  qalıqlarını araşdırıblar. Həmin vikinqlər IX əsrdə Britaniyaya hücum ediblər. İzotopların analizi göstərir ki, yaşlı insan at, it və donuzu ilə birgə Skandinaviyadan gəlib, Britaniyaya gələndən qısa müddət sonra ölüb.

Tədqiqatın nəticələrindən məlum olur ki, vikinqlər Britaniyaya gələn zaman tək heyvanları ələ keçirməyiblər, həm də Skandinaviyadan Britaniyaya heyvanlar gətiriblər. Bununla bərabər, vikinqlər heyvanlarını o dərəcə qiymətləndiriblər ki, səfərləri zamanı onları da özləri ilə götürüblər. Döyüşçü isə ölümündən sonra dəfn edilərkən heyvanları da onunla eyni qəbirdə basdırılıb.

Alimlər hesab edirlər ki, qəbirdə tapılan donuzun qalıqları da yəqin ki, tanrılar üçün qurban edilən donuzların qalıqlarıdır.

68 Baxış
Top