Azadə Balayeva vəzifəsindən azad edildi

01 Oktyabr 2022 13:10

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Reporta onun özü məlumat verib.

BUNA DA BAX: AMEA-nın yenu strukturu təsdiqləndi - İşçilərinin sayı 3 dəfə azaldıldı

A.Balayeva bildirib ki, bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində davam etdirəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib və işçilərin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Yeni strukturda akademiyanın 22 elmi müəssisəsi fəaliyyət göstərəcək.

Xatırladaq ki, A.Balayeva AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.

51 Baxış
Top