“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsinin icrasına başlayıb.
Heftelik.az-ın məlumatına görə, layihənin məqsədi gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunmasıdır.
3 ay davam edəcək layihə çərçivəsində peşəkar jurnalistlərə ekoloji problemlər, bu problemlərin səbəbi və həlli yolları, vasitələri ilə bağlı araşdırma xarakterli 6 yazı sifariş ediləcək.
Yazılar mətbuatda dərc ediləcək və aparılan araşdırmalarla bağlı müzakirələr təşkil olunacaq.