“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsinin icrasına başlayıb.

Heftelik.az-ın məlumatına görə, layihənin məqsədi cəmiyyəti, xüsusən gənc nəsli məişət zorakılığına qarşı mübarizə istiqamətində maarifləndirməkdir.
3 ay davam edəcək layihə çərçivəsində məişət zorakılığına qarşı ictimai maarifləndirmə mövzularında araşdırma xarakterli 20 yazı hazırlanaraq mediada dərc ediləcək.

Layihənin uğurla həyata keçirilməsi nəticəsində cəmiyyət, xüsusən gənc nəsil məişət zorakılığının səbəbləri, həmin səbəblərin aradan qaldırılması və məişət zorakılığına qarşı  mübarizə istiqamətində maarifləndiriləcək.  Bu da “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin məişət zorakılığına qarşı mübarizəyə vətəndaş cəmiyyəti institutu kimi bir töhfəsi olacaq.