Bu gün AVRO-2024-ün seçmə mərhələsində II tura start veriləcək.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, 3 qrupda ümumilikdə 8 qarşılaşma baş tutacaq.

C qrupunda İtaliya millisi Maltanın, Ukrayna yığması İngiltərənin qonağı olacaq. H qrupunda 3 görüş oynanılacaq. Qazaxıstan Danimarka, Sloveniya San Marino, Şimali İrlandiya Finlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Nəhayət, J qrupunda Slovakiya Bosniya və Herseqovinanı, Lixtenşteyn İslandiyanı, Lüksemburq isə Portuqaliyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ
II tur
26 mart

C qrupu

20:00. İngiltərə – Ukrayna

22:45. Malta – İtaliya

Xal durumu: İngiltərə – 3, Şimali Makedoniya – 3, Ukrayna – 0 (oyun keçirməyib), Malta – 0, İtaliya – 0

H qrupu

17:00. Qazaxıstan – Danimarka

20:00. Sloveniya – San Marino

22:45. Şimali İrlandiya – Finlandiya

Xal durumu: Danimarka – 3, Şimali İrlandiya – 3, Sloveniya – 3, Qazaxıstan – 0, Finlandiya – 0, San Marino – 0

J qrupu  

20:00. Lixtenşteyn – İslandiya

22:45. Slovakiya – Bosniya və Herseqovina

22:45. Lüksemburq – Portuqaliya

Xal durumu: Portuqaliya – 3, Bosniya və Herseqovina – 3, Slovakiya – 1, Lüksemburq – 1, İslandiya – 0, Lixtenşteyn – 0.