Fiziki şəxsin şəxsi axtarışı, onda olan əşyaları yoxlama inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin aşkar edilməsi məqsədi ilə həyata keçirilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli şəxs tərəfindən və eyni cinsdən olan iki hal şahidinin iştirakı ilə aparılır.

Əşyalar (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və sair) bunların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə yoxlanılır. Təxirə salınmayan hallarda mülkiyyətçisi və ya sahibi olmadan göstərilən əşyalar iki hal şahidinin iştirakı ilə yoxlanıla bilər. Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər açıla və ya yoxlanıla bilməz.