Türkiyənin Yüksək Seçki Qurumu prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb.

Heftelik.az xəbər verir ki, bu barədə qərar “Rəsmi Qəzet”də dərc edilib.

Qurumun qərarına görə Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın, Kamal Kılıçdaroğlunun, Məhərrəm İncənin və Sinan Oğanın namizədlikləri təsdiq edilib.